KANAL24.AZ
Az Iw En Ru

Az yatan az yaşayır...

Günümüzdə insanlar keçmişə görə çox az yatır və daha çox yuxu problemi ilə mübarizə aparırlar. 
 
 
Bu vəziyyət ümumi sağlamlığımıza təsir etdiyi kimi bədənimizin müəyyən xəstəliklərə qarşı dözümlülüyünü azaldaraq ömrümüzün qısalmasına səbəb olur.
 
Yetkinlik dövründə az yatmaq “Alzheimer” xəstəliyinə yoluxma ehtimalınızı ciddi şəkildə artırır. Bunun səbəbi amiloid tutumu adı verilən zəhərli zülaldır. “Alzheimera” yaxalanan insanların beynində toplanan bu zülal ətrafdakı hüceyrələri öldürərək xəstəliyin ağırlaşmasına səbəb olur. Dərin yuxu zamanı bu tutumlar beyindən fəal şəkildə təmizlənir. “Alzheimer” xəstələrində isə bir qapalı dairə yaranır. 
 
Yuxunun zehni sağlamlığımıza təsiri də böyükdür. Yuxu və ya yuxusuzluq, ümumi ruh halımıza təsir edir. Aparılan araşdırmalara görə, yuxusuz qalan insanların beyni və əsəb sistemi gərgin vəziyyətdə olur.
 
Yuxunun həm fiziki, həm də zehni sağlamlığa bu qədər təsir etməsinə baxmayaraq, nizamlı yuxu bir çox insan üçün əlçatmazdır. Yuxusuna əhəmiyyət verən inaanlara isə sıxıcı və ya tənbəl gözü ilə baxılması da cəmiyyətin yaratdığı mənfi təsir kimi dəyərləndirilə bilər. 
 
İnkişaf etmiş ölkələrdə yaşlıların çoxu gündəlik 8 saatlıq yuxudan məhrum qalır. Gecədə 6 saat 40 dəqiqə yatan bir insanın tibbi müdaxilə olmasa 60 yaş yaşayacağı güman edilir.Aparılan araşdırmalar nəticəsində məlum olub ki,  az yatan kişilərin sperma sayı mütəmadi yatanlara nisbətən 29 faiz daha azdır. 

00:55 12.10.2017
Xəbər lenti
Bütün xəbərlər