KANAL24.AZ
Az Iw En Ru

Tualetdən çıxan naməlum canlı malayziyalı ailəni qorxutdu - VİDEO

Malayziyanın Alor-Setar şəhərinin sakini evinin tualetindən çıxan naməlum canlını görüntüləyib.

Hadisə 25 yaşlı fotoqraf Zul Hənifə Anipa və həyat yoldaşı evdə olarkən baş verib.

“Bu, çox qorxunc idi. O, tualetdən çıxaraq, otağa doğru sürünməyə başladı. Bədəni qalın, quyruğu qısa olan canlının uzunluğu 2 metrə yaxın idi. Fikrimcə, bu ilan deyildi”, - deyə ev sahibi bildirib.

Onlar canlını tutaraq, yaxınlıqdakı çaya buraxıblar.(oxu.az)


18:41 11.10.2017
Xəbər lenti
Bütün xəbərlər