KANAL24.AZ
Az Iw En Ru

Bu fəsildə doğulanlar daha çox yaşayır -Payız haqqında bilmədiklərimiz...

Dünya ədəbiyyatında elə bir şair, yazıçı tapmaq olmaz ki, onun əsərlərində payız nəfəsi hiss edilməsin. Payız Aleksandr Puşkin üçün “təbiətin ən cazibəli afəti”, Qabriel Qarsiya Markes üçün “ömrün qürub çağı”, Boris Vian üçün “ruhun təlatümünün ifadəsi” idi...
Payız Azərbaycan ədəbiyyatında da özünəməxsus tərənnüm və təsvirə malik fəsil olmuşdur. Bəlkə də, bütün dünya ədəbiyyatından qabaq rənglərin mistik rəqsinin tərənnümü olan payıza “Dədə Qorqud” dastanlarında “güz” adıyla rast gəlirik.
Hər fəslin öz gözəlliyi olduğu kimi, öz əhval-ruhiyyəsi də vardır. Payız qışın xəbərçisidir. Bu fəsildə havalar yavaş-yavaş soyuyaraq insanları qışa hazır olmağa çağırır. Ağaclar yaşıl libasını soyunur, bitkilər Günəşin rənginə boyanır. Payız fəslinin mistik bir aurası var. İnsan təbiətin bu halını seyr edərkən duyğu selinə qapılır...
 
1. Payızda saçlarınızın daha çox töküldüyünün fərqinə varmısınızmı? Yay aylarında orqanizmimiz baş dərisini Günəşdən qorumaq üçün saçların daha sıx olmasını təmin edir. Payızda isə saçlar tökülməyə başlayır.
2. Miçiqan Universitetində fəaliyyət göstərən tədqiqatçılara görə, payızda insanlarda infarkt riski azalır. Bunu payızda insanların bir saat çox yatması və bu sayədə daha az stresli olması ilə əlaqələndirirlər.
3. Avstraliyada və Yeni Zelandiyada payız fəsli martın birində başlayıb mayın 31-də başa çatır.
4. Kişi və qadınlarda payızda cinsi fəallıq ən yüksək səviyyəyə qalxır.
5. Araşdırmalar göstərir ki, payızda doğulanlar daha çox yaşayır.
6. Adında payız sözü olan heç bir film Oskar mükafatını qazanmayıb.
7. Payızda quşlar isti ölkələrə gedir. Ən çox məsafə qət edən quş 17 min 700 kilometr yol gedir.
8. Payızda bəzi ağacların yarpağı qızarır. Bunun səbəbi havaların soyuması ilə əlaqədar yarpağın sapındakı şəkərin bütün yarpağa yayılmasıdır.

01:11 11.10.2017
Xəbər lenti
Bütün xəbərlər