KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın U-17 millisi İrlandiya yığması ilə qarşılaşacaq

On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün ilk oyununu keçirəcək.

Futbolçularımız Bolqarıstanın Qorna Oreçvitsa şəhərindəki “Lokomotiv” stadionunda İrlandiya yığması ilə qarşılaşacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Yığmamızın seçmə mərhələ üçün heyətində Ayxan Arazlı, Turan Vəlizadə, Zamiq Əliyev, Musa Qurbanlı (hamısı “Qarabağ”), Elməddin Soltanov, Samir Qurbanov, Veysəl Rzayev, Cavidan Rəhimli, Məhəmməd Məhərrəmov, Xəyal Muradov (hamısı “Qəbələ”), Nicat Məmmədov, Mahir Həsənov, İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov (hamısı “Neftçi”), Sərcan Ömərov, Ceyhun Nuriyev (hər ikisi “İnter”), Səbuhi Abdullazadə, Rüfət Abdullazadə (hər ikisi “Sumqayıt”), Murad Məmmədov (“Səbail”) və Elnur İbrahimov (“Spartak-2”, Moskva) yer alıblar.


23:58 10.10.2017
Xəbər lenti
Bütün xəbərlər