KANAL24.AZ
Az Iw En Ru

Bu havalarda ən çox yoluxa biləcəyiniz xəstəliklər

Hazırda sağlamlıq baxımından ən kritik dönəmi yaşamaqdayıq. Payızın əvvəlləri insanın xəstəliklərə yoluxması üçün ən əlverişli məqamdır. 
 
Qızdırma- biz çox vaxt qızdırma ilə qripi qarışdırırıq. Amma temperaturun yüksəlməsi, bununla da müəyyən halsızlığın yaranması tamam ayrı bir xəstəlikdir. Payızın əvvəlləri temperaturun tez-tez dəyişdiyi bir dönəmdir. Nəticədə insanda bədən temperaturu sabit qalmır. Daxili temperaturu yenidən bərpa etmək üçün yataq rejimində bir-iki günlük istirahət mütləq lazımdır. Tərləmək və vitaminlər qəbul etmək qızdırmanı aradan qaldırır;
 
Qrip- Qrip bir çox xəstəliklərin cəmləşərək insanı halsız edən ümumi fizioloji problemdir. Yuxarıda adını çəkdiyimiz qızdırma qripin yalnızca bir elementidir. Bundan əlavə burun, boğaz ağrıları, səs telləri və ciyərlərdə nasazlıq, ürəkbulanma, başgicəllənmə-hamısı qripin elementləridir. 
Qrip xəstələrində temperatur 39 dərəcədən  yuxarı olur. Bu zaman üşütmə, titrəmə, baş ağrıları  daha da artır. 
Uşaqlarda isə sentyabr, oktyabr və noyabr aylarında yaranan qrip qarın ağrıları və ishala da gətirə bilir;
 
Qulaq iltihabı-  qulaq üç hissədən ibarətdir. Orta qulaq adlanan hissədə baş verən iltihabın elmi adı otitdir. Payız aylarında ən çox uşaqlarda yaşanır. Təsnifatına görə bakterioloji xəstəlik sayılır. Yəni, müəyyən mikrob və bakteriayaların fəaliyyəti nəticəsində qulaqda ilhotab meydana gəlir. Antibiotiklərlə bu xəstəliyi aradan qaldırmaq mümkündür;
 
Bronxit- ağ ciyərlərdə soyuqdəymə və bakterioloji təsir nəticəsində meydana gələn fəsaddır. Öskürək,  tənəffüs çatışmazlığı, xırıltı ilə özünü biruzə verir. Əsasən də, aşırı öskürək  payızda şiddətlənə biləcək bu xəstəliyin əsas xüsusiyyətidir;
 
Pnevmoniya – (ağciyər iltihabı) - yaşlılar, xronik xəstəliyi olanlar və immun sistemi zəif olanlar üçün təhlükəli ola bilər. Eyni zamanda pnevmoniya cavan, sağlam şəxsləri də zədələyə bilər. Uşaqlarda ölüm törədən əsas xəstəliklərdəndir. Pnevmoniyaların bir çox növləri öz ağırlıq dərəcəsinə görə orta və ağıra qədər dəyişir. Xəstəxana daxilində olarkən əmələ gələn pnevmoniyalar xüsusən virulent və ölümcül olur. Bir çox pnevmoniyalar qəfil əmələ gəlir, sinədə ağrı, temperatur, öskürək, bəlğəmlə və qısalmış tənəffüslə xarakterizə olunur. Infeksiya adətən soyuqdəymə və qripin ardinca gəlir, lakin başqa xəstəliklərdən sonra və ya öz-özünə də əmələ gələ bilər. ntibiotiklərin bakterial pnevmoniyaları müalicə etməsinə baxmayaraq bəzi antibiotikə davamlı bakterial pnevmoniyalar problem yaradır.
 
Angina- Boğaz ağrısı, boğazda ağrı, qaşıntı, quruluq kimi özünü göstərir. Boğaz ağrısı bir əlamətdir və ən çox farengit (boğaz iltihabı) səbəbilə yaranır. Boğaz ağrısı soyuq dəymənin ilk əlaməti ola biləcəyi kimi, alergik bir vəziyyətin əlaməti, mədə pozuntusunun bir əlaməti və ya səs tellərinin gərilməsi ya da daha ciddi bir səbəbin (boğaz infeksiyası, HIV infeksiyasının başlanğıcı, boğaz və qırtlak xərçəngi kimi) xəstəliklərin nəticəsi ola bilər.
 
Meningit ən təhlükəli xəstəliklərdən biri sayılır. Meningit beyin qişalarının iltihabıdır.
Bu iltihabın səbəbi infeksiyadır. Məlumdur ki, skarlatın xəstəliyi streptokokk, vərəmi - Kox çöpü, salmonelyozu - salmonella törədir və s. Lakin bu və bir çox digər xəstəliklərdən fərqli olaraq meningitin səbəbi istənilən (!) infeksiya ola bilər - virus, bakteriya, göbələk, hətta birhüceyrəlilər (məsələn, amyob). Məhz bu səbəbdən meningitlər də müxtəlif olur - gedişatı, inkişafı, fəsadları ilə fərqlənir. Ən əsası isə odur ki, meningiti törədən infeksiyadan asılı olaraq bu xəstəliyin müalicə üsulları da müxtəlifdir.
Meningit istənilən yaşda inkişaf edə bilər, bu xəstəlikdən heç kim sığortalanmayıb. Uşaqlarda meningitə daha tez-tez rast gəlinir.

05:41 10.10.2017