KANAL24.AZ
Az Iw En Ru

“Messenger”də dəyişikliklər olacaq

“Facebook” rəhbərliyi “Apple Music” əlavəsini özünün məlumat mübadiləsi əlavəsi olan “Messenger”ə inteqrasiya etmək qərarına gəlib. 

Bu barədə tərtibatçılar üçün keçirilən F8 konfransında məlum olub. 

Bu funksiyadan yaxın zamanlarda bütün istifadəçilərin yararlanması mümkün olacaq. Funksiya istifadəçinin öz dostları, ailə üzvləri və digərləri ilə musiqi kompozisiyaları bölüşməsinə imkan verəcək. Həmçinin istifadəçinin həmin an üçün müəyyən əhval-ruhiyyəsinə uyğun musiqini tapmağa və öz pley-listini yaratmağa imkan verəcək. Belə bir funksiyaya daha əvvəl “Spofity” əlavəsində də rast gəlinib.

Funksiyanın musiqini tam olaraq səsləndirməsi, daha 30 saniyəlik bir hissəsini yayımlaması üçün istifadəçi “Apple Music” əlavəsində qeydiyyatdan keçməli olacaq. Bunu etmək üçün isə çat qruplara daxil olmalı və müvafiq genişlənməni yükləmək lazım gələcək.

Bu funksiyadan başqa, “Messenger” tərtibatçıları daha bir əlavəni dünyaya nümayiş etdiriblər. Artıq insanlar “Apple Music” əlavəsinin xüsusi botu ilə ünsiyyət qura biləcəklər. Onu isə istifadəçilər öz adlar siyahısına əlavə edə biləcəklər. Müəyyən smayllı məlumatı göndərməklə, bot həmin an istifadəçinin əhval-ruhiyyəsinə uyğun gələn pley-listi seçəcək.


02:42 10.10.2017