KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın ən güclü velosipedçisi müəyyənləşdi - FOTO

Velosiped üzrə ölkə çempionatına yekun vurulub.

Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, yarışda müxtəlif klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı iştirak edib.

Ölkə çempionatının proqramına əsasən, iştirakçılar 500 metr, 2 və 3 km məsafəyə fərdi ötüşmə, həmçinin skretç növündə mübarizə aparıblar. Qızlar arasında Ayan Xankişiyeva həm 500, həm də 2 km məsafəyə fərdi ötüşmədə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

U-15 yaş kateqoriyasında çıxış edən Nikita Sitov 500 metr və 2 km məsafələrə fərdi ötüşmədə 1-ci olsa da, 7 km məsafəyə skretç növündə Kamran Mirzəxanovu özündən irəli buraxmaqla, 2-ci yeri tutub. U-17 kateqoriyasında Nəcəf Bağırov 500 və 2 km məsafələrə fərdi, 7 km məsafəyə skretç yarışında hamıdan güclü olub. Və nəhayət, gənclər arasında İvan Orlov 500 metr və 3 km-ə fərdi, 10 km məsafəyə isə skretç yarışında Azərbaycan çempionu adını qazanıb.

 


22:45 09.10.2017