KANAL24.AZ
Az Iw En Ru

Nigeriya yığması dünya çempionatına vəsiqə qazandı

Nigeriya yığması Dünya çempionatı - 2018-in final mərhələsinə vəsiqə qazanıb.

Komanda turnirin Afrika üzrə təsnifat mərhələsi çərçivəsində Zambiyanı məğlub edib.
Uyo şəhərində keçirilən görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Matçda yeganə qolu 73-cü dəqiqədə Aleks Ayuobi vurub.
"B" qrupunun digər oyununda Kamerun yığması Əlcəzair üzərində 2:0 hesablı qələbə qazanıb.
DÇ-2018 - Afrika. B qrupu. 5-ci tur
Nigeriya - Zambiya - 1:0
1:0 - Ayuobi - 73
Kamerun - Əlcəzair - 2:0
1:0 - N'Cie - 25, 2:0 - Pangop - 88

 


06:09 08.10.2017