KANAL24.AZ
Az Iw En Ru

“iPhone 8” ucuzlaşdı

"iPhone 8” flaqman smartfonlarının satışları cəmi bir həftə əvvəl başlayıb, sentyabrın 29-dan isə bəzi satıcılar bu yeniliyin qiymətini aşağı salmağa başlayıblar. 

 
Kanal24 xəbər verir ki,"Hi-tech Mail.ru” saytı özünün apardığı təhlilə əsasən bildirir ki, hazırda "Apple”in flaqmanının baza konfiqurasiyasını (daimi 64 GB yaddaşa malik) 50 min rubl və ya 1 470 manatdan aşağı qiymətə əldə etmək mümkündür.
 
Rəsmi satıcılarda isə "iPhone 8” smartfonunun qiyməti 56 990 rubl və ya 1 675 manatdan başlayır. Eyni zamanda bir sıra mağazalar yeniliyi 49 min rubla və ya 1 440 manata satır.

02:11 08.10.2017
Xəbər lenti
Bütün xəbərlər