KANAL24.AZ
Az Iw En Ru

Sabaha olan hava proqnozu açıqlandı

Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz  18-23° isti,
Bakıda gecə 14-16°, gündüz  21-23° isti olacaq.

Atmosfer  təzyiqi 761 mm civə sütunu, nisbi rütubət  gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə duman gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə  7-12°, gündüz  19-24° isti, dağlarda gecə 1-6°, gündüz 9-14° isti olacağı gözlənilir.


19:17 07.10.2017
Xəbər lenti
Bütün xəbərlər