KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda maaş və pensiyalar artırılır?

“2018-ci ildə əməkhaqqı və pensiyalarda artımlar gözlənilir”.

Bunu iqtisadçı-deputat Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, büdcədən 4-4,5 milyard manata yaxın vəsait əsaslı və investisiya xərclərinə, bir o qədər də vəsait sosial xərclərə (əməkhaqqı, pensiya, sosial müavinət və s.) ayrılıb.

“2018-ci ilin dövlət büdcəsi 2017-ci ildən çox olacaq. Qeyri-neft sektorunda aparılan islahatlar öz bəhrəsini verir. 2017-ci ildə ixrac idxalı üstələyib və müsbət saldo yaranıb. Bunlar 2018-ci ilin dövlət büdcəsinə müsbət təsir göstərəcək. Bu səbəbdən gələn il maaş və pensiyada artımlar gözlənilir”. 

V.Əhmədov qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri təxminən 20 milyard manata yaxın, xərcləri isə 20 milyard manatdan çox proqnozlaşdırılıb. Deputat əlavə edib ki, dövlət büdcəsində neftin qiymətinin 45 dollar səviyyəsində götürülməsi gözlənilir.


23:06 05.10.2017
Xəbər lenti
Bütün xəbərlər