KANAL24.AZ
Az Iw En Ru

Prezidentdən daha bir sərəncam

Prezident İlham Əliyev Oleq Polumordvinovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Oleq Anatolyeviç Polumordvinov "Tərəqqi" medalı ilə təltif edilsin.

Eyni zamanda Prezident İlham Əliyev Denis Afanasyevin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Denis Aleksandroviç Afanasyev "Tərəqqi" medalı ilə təltif edilsin.


01:17 05.10.2017