KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev 6 sərəncam imzaladı

Prezident İlham Əliyev A.İ.Vəzirovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Alla İqoryevna Vəzirova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.

***

18:30

Prezident İlham Əliyev K.M.Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamal Mixman oğlu Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev Avropa çempionatında Azərbaycanın qadın voleybolçularının uğurlu iştirakı haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi¬ni rəhbər tutaraq qərara alıram:

1. Voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatında Azərbaycan milli komandasının uğurlu iştirakını, ölkəni layiqincə təmsil etdiyini nəzərə alaraq, Azərbaycan voleybolunun inkişafında xidmətlərinə görə Azərbaycan Voleybol Federasiyasına Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutul¬muş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2.0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissə¬sində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

***

Prezident İlham Əliyev Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Qobustan rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, sosialyönümlü bir sıra layihələr həyata keçirilmiş, o cümlədən Qobustan İdman Kompleksi, Gənclər Mərkəzi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 24 mənzilli 2 yaşayış binası inşa edilmiş, müasir tələblərə cavab verən turizm obyektləri, təhsil ocaqları istifadəyə verilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yeni avtomobil yolları çəkilmiş, geniş abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

***

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadın voleybolçularımızın Avropa çempionatında uğurlu iştirakı ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, voleybol üzrə qadınlar arasında Avropa çempionatında Azərbaycan milli komandasının uğurlu iştirakı, ölkəmizi layiqincə təmsil etməsi nəzərə alınaraq, respublikamızda voleybolun inkişafında xidmətlərinə görə Azərbaycan Voleybol Federasiyasına 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar müəllim”

Abasova Elmirə Nəhməd qızı

Abbasov Cəmil Zöhrab oğlu

Abdullayev Cəmşid Həsən oğlu

Adıgözəlov Əhliyət Musa oğlu

Ağayeva Dürdanə Şamil qızı

Bağırov Tahir Qasım oğlu

Bəşirli Əli Allahverdi oğlu

Cəfərova Almaz Əli qızı

Eminova Şəhla Lətif qızı

Eybullayev Elçin Fərhad oğlu

Əhmədova Xanım Xanbaba qızı

Əhmədova Xuraman Məhəddin qızı

Əhmədova Səlimə Bağır qızı

Ələkbərova Viktoriya Sadıqovna

Ələsgərova Sakibə İsmayıl qızı

Əliyeva Bənövşə Mustafa qızı

Əliyeva Ayşa Mübarək qızı

Əliyeva Flora Firuddin qızı

Əliyeva Kəmalə Hafiz qızı

Əliyeva Nəzakət Səlim qızı

Əsədov Ədalət İxtiyar oğlu

Əsgərova Şəhla Həsən qızı

Gülməmmədov Bəhram Gülməmməd oğlu

Heydərov Paşa Ələkbər oğlu

Həsənova Sevda Həsən qızı

Həsənova Lalə Kamal qızı

Hüseynxanova Xatın Zakir qızı

Hüseynli Yeganə Hüseyn qızı

Hüseynova Minə Mürsəl qızı

İbrahimova Firəngiz Boris qızı

Kazımlı Xanhüseyn Hüseynağa oğlu

Kərimova Bahar İsbəndiyar qızı

Qarayev Yaşar Ağaxan oğlu

Qazıyeva Xumar Asim qızı

Quluzadə Səadət Orxan qızı

Qurbanov Qurban Heydər oğlu

Mahmudova Aygün Musa qızı

Mədətova Validə Macir qızı

Məmmədov Nizami Cəfər oğlu

Məmmədova Sona Ağamalı qızı

Məmmədova Svetlana Dadaş qızı

Mirzəyeva Ağbacı Nuftulla qızı

Muradova Yetər Tahir qızı

Mustafayeva Gülnarə İbrahim qızı

Nəcəfova Ruhiyyə Allahverdi qızı

Razıyeva Zalxa Babaəfəndi qızı

Rəhimova Dilgüşa Rəhim qızı

Rzayeva Sehranə Nəriman qızı

Sadıq Zadə Hicran Əzizağa qızı

Sadıqov Sadıq Mabid oğlu

Səfərəliyev Əliağa Sədri oğlu

Səmədova İradə Rəfi qızı

Səmədova Təranə Hacıağa qızı

Süleymanova Fəridə Məcid qızı

Şahmalıyeva Suma Xanlar qızı

Şükürova Nailə Sadıx qızı

Zamanova Müzəyyam Fərəməz qızı

“Əməkdar mədəniyyət işçisi”

Bayramova Lalə Hüseyn qızı

“Əməkdar bədən tərbiyəsi və idman xadimi”

Məmmədov Əbülfəz Oktyabroviç.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçiləri “Tərəqqi” medalı ilə təltif ediliblər:

Abbasova Mehriban Qədir qızı

Abdullayeva Adilə Nəbi qızı

Abdullayeva Dilşad Şirin qızı

Abdulova Şövkət Məmmədrza qızı

Axundova Nailə Ələsgər qızı

Alqayev Şərif Əyyub oğlu

Allahyarov Elburus Kamal oğlu

Babayev Nadir Kavı oğlu

Babayeva Aygün Məmməd qızı

Balaşova Gülxanım Novruz qızı

Cabbarov Hafiz Əkbər oğlu

Cavadov Mahmud İbrahim oğlu

Əhmədova Gülbəniz Əhməd qızı

Əhmədova Kəmalə Şamil qızı

Əkbərova Məsmə Sabir qızı

Ələkbərli İncinaz Rauf qızı

Əliyev Bəhman Şıxvəli oğlu

Əliyeva Elmira Muxtar qızı

Əliyeva Rahilə Alı qızı

Əlizadə Murad Əlisurət oğlu

Əsgərova Yeganə Məhəmməd qızı

Haşımova Sevda Hacırza qızı

Həsənova Şəfa Camal qızı

Hümmətova Nuriyyə Əli qızı

Hüseynova Bahar İsmixan qızı

Hüseynova Lalə Emin qızı

Xudiyeva Günəş Şərəfəddin qızı

İmanova Yeganə Allahverən qızı

Kərimli Naibə Kamil qızı

Qurbanov Orxan Məhəbbət oğlu

Mahmudova Ruhiyyə Qüdrət qızı

Manafov Xanbala Hüseynalı oğlu

Mehdiyeva İradə Cuma qızı

Mehdiyeva Validə Zülfüqar qızı

Məlikov Ziya Hacı oğlu

Məmmədova Səxavət Hacbala qızı

Məşədibəyova Samirə Camal qızı

Möhbalayeva Ülviyyə Osman qızı

Muradova Xanım Tacəddin qızı

Nəsirova Yeganə Gülağa qızı

Nəzərov İqrar Qeyrət oğlu

Rəhimov Məhəmməd Məhəmməd oğlu

Rəhimova Ceyhunə Vaqif qızı

Rüstəmova Vəfa Aslan qızı

Rüstəmova Zenfira Tofiq qızı

Seyidova İradə Dursun qızı

Səlimova Gülnarə Əjdər qızı

Səmədova İradə Dilavər qızı

Soltanova Gülsən Rza qızı

Süleymanova Tahirə Mehrac qızı

Şabani Xuraman Cahid qızı

Şabiyeva Aygün Sətdar qızı

Şükürova Xanımqız Abbasqulu qızı

Tağıyev Fərhad Talıb oğlu

Yarmetova Sevda Asəf qızı

Zeynalova Solmaz Məhərrəm qızı

Zeynalova Vətanə Rəsul qızı

Zülfüqarova Aynur Vaqif qızı.


03:00 04.10.2017
Xəbər lenti
Bütün xəbərlər