KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan hər zaman onlara həssas yanaşıb – Millət vəkili

İraqdakı soydaşlarımız, türkmanlar çox ağır vəziyyətdədir.

Bu barədə millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib. O, İraqda yaşayan soydaşlarımızın Kərkükdə və Kərkük ətrafında gərginləşən vəziyyəti ilə bağlı məsələ qaldırıb:

“İraqda soydaşlarımız, türkmanlar çox ağır vəziyyətdədir. İraq türkmanlarının rəsmiləri, liderlərinin səsini çatdırmaq istəyirəm. Onlar bütün türk dövlət və toplumlarına çağırış ediblər ki, bu ağır vəziyyətdə onlara dəstək göstərsinlər. Ümumimilli liderimiz Heydər Əliyev onlarla bağlı danışanda demişdi ki, tarixi araşdıranda gördüm ki, biz bir bütünün parçalarıyıq. Yəni o insanlar bizim bir parçamızdır, bizim qardaş-bacılarımızdır və bu gün ağır vəziyyətdədirlər, onlara dəstək göstərməyimiz üçün çağırış edirlər. Azərbaycan hər zaman onlara həssas yanaşıb. Hesab edirəm ki, istər parlament səviyyəsində, istər parlamentin Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupu səviyyəsində, istərsə də bütün beynəlxalq təşkilat və platformalarda onlara dəstək göstərməliyik. Azərbaycan hər zaman İraqda yaşayan soydaşlarımıza əlindən gələn dəstəyi göstərib və inanıram ki, onların bu çağırışına da səs verəcəyik. Eyni zamanda, həmkarlarımın burada səsləndirdiyi İraqın şimalında keçirilən qeyri-qanunu referendumla bağlı birmənalı və sərt mövqeyimizi ortaya qoymağımızın vacibliyini də dəstəkləyirəm”.


05:15 03.10.2017
Xəbər lenti
Bütün xəbərlər