KANAL24.AZ
Az Iw En Ru

Milli Məclisin yay sessiyası və növbədənkənar iclaslarında 268-ə qədər qanun və qərar qəbul olunub

Milli Məclis yay və növbədənkənar sessiyalarını uğurla başa çatdırıb.

Bunu Milli Məclisin sədri Oktay Əsədov payız sessiyasının ilk plenar iclasında deyib.

O.Əsədov bildirib ki, dövlət başçısının uzaqgörən siyasətinin Milli Məclis səviyyəsində dəstəklənməsi üçün lazımi tədbirlər görülüb.

Spiker vurğulayıb ki, Milli Məclisin yay sessiyası və növbədənkənar iclaslarında 268-ə qədər qanun və qərar qəbul olunub, Milli Məclisin üzvləri beynəlxalq tədbirlərdə fəal iştirak ediblər, Milli Məclisin xətti ilə Azərbaycanda bir sıra beynəlxaq təşkilatların tədbirləri keçirilib.

O.Əsədov Milli Məclisin payız sessiyasının da uğurla keçəcəyinə əminliyini bildirib.


19:48 02.10.2017
Xəbər lenti
Bütün xəbərlər