KANAL24.AZ
Az Iw En Ru

Nazirlik əməkdar müəllimin işdən çıxarılmasına münasibət bildirdi

Təhsil Nazirliyi əməkdar müəllimin işdən çıxarılması ilə bağlı məsələyə münasibət bildirib. 

Kanal24 xəbər verir ki, nazirlikdən report-un sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən Kimya-biologiya təmayüllü respublika liseyində müəllim kimi fəaliyyət göstərən respublikanın əməkdar müəllimi Həcər Sadıxova çalışmanın yaş həddinə çatdığına görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsi ləğv edilib.

Qeyd edək ki, H.Sadıxovanın moderator.az saytında yer almış məktubunda heç bir qanuni əsas olmadan işdən çıxarıldığı bildirilib. O, bu işdə məktəb rəhbərliyini günahlandırıb.  


23:25 26.09.2017
Xəbər lenti
Bütün xəbərlər