KANAL24.AZ
Az Iw En Ru

Millimizdə növbəti qələbə - Polşa aciz qaldı

Sentyabrın 24-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin üçüncü günündə “A” qrupunda yer alan milli komandamız ikinci görüşünü keçirib.

Azərbaycan milli komandası Polşa yığması ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən 3 setdə Azərbaycan voleybolçuları qələbə qazanıblar. Beləliklə, oyunda 3:0 hesabı ilə qalib gələn Azərbaycan millisi xallarının sayını 6-ya çatdıraraq, qrupla liderliyini ələ keçirib. Polşa yığması isə 5 xalla ikinci sırada qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.

Avro-2017
Qrup mərhələsi
A qrupu
II tur
 
Azərbaycan – Polşa 
- 3:0 (25:14, 25:21, 25:23)
 
Hakimlər: Kseniya Yurkoviç (Xorvatiya), Yuray Mokri (Slovakiya)
 
Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova
Baş məşqçi: Faiq Qarayev
 
Polşa: 1. Maya Tokarska, 4. Patirisia Polak, 5. Aqnieska Kakolevska, 7. Natalia Murek, 9. Aleksandra Krzos, 10. Zuzanna Efimienko, 12. Monika Bociek, 13. Aqata Vitkovska, 14. Coanna Volozs, 15. Martina Qrayber, 17. Malvina Smarzek, 18. Yulia Tvardovska, 20. Marlena Plesnieroviç, 22. Roksana Brzoska


03:50 25.09.2017
Xəbər lenti
Bütün xəbərlər