KANAL24.AZ
Az Iw En Ru

Bu universitetə hicablı və saqqallı tələbələr buraxılmayacaq – SƏBƏB

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev sentyabrın 18-də tələbələrin qarşısında çıxış edərkən dərsə hicabla gələn tələbələrin universitetə buraxılmayacağını deyib.

Kanal24 oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı universitetinin mətbuat xidməti rəsmi açıqlama verib.

Açıqlamada Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyən olunduğu deyilir: “Buna uyğun olaraq Mingəçevir Dövlət Universitetində “Təhsilalanların daxili intizam Qaydaları”nın 2.3-cü bəndinin 10-cu abzasında qeyd olunur ki, tələbələrə hicablı və digər dini atributları üzərində daşıyaraq, üzü tüklü (təraş olunmamış) vəziyyətdə təhsil ocağına daxil olmağa icazə verilmir”.


21:50 24.09.2017
Xəbər lenti
Bütün xəbərlər