KANAL24.AZ
Az Iw En Ru

Çexiya voleybolçuları belçikalı rəqiblərini məğlub ediblər

Sentyabrın 23-də Göygöl Olimpiya İdman Kompleksində qadınlar arasında voleybol üzrə Avropa çempionatının “D” qrupunda yer alan Çexiya və Belçika komandaları qarşılaşıblar.

Hər iki komanda qrup mərhələsinin ilk turunda məğlub olduqları üçün bu görüş onlar üçün mühüm əhəmiyyət daşıyıb. Çexiya yığma komandası gərgin idman mübarizəsi şəraitində keçən oyunun ilk setində 19:25 hesabı ilə məğlub olub. Lakin bundan sonra ardıcıl üç setdə qalib gəliblər - 25:23, 28:26, 25:19).

Beləliklə, maraqlı qarşılaşmada 3:1 hesabı ilə qələbə qazanan Çexiya voleybolçuları ilk oyunda məğlubiyyətdən sonra çempionatda qələbə qazana biliblər. Belçika millisi isə ikinci görüşdə də məğlub olub.

“D” qrupunun digər görüşündə Serbiya və Niderland komandaları üz-üzə gələcəklər. Hər iki komanda çempionata qələbə ilə başlayıblar.


02:58 24.09.2017
Xəbər lenti
Bütün xəbərlər