KANAL24.AZ
Az Iw En Ru

Bakıda Qadın futbolunun inkişafı ilə bağlı festival keçiriləcək

Sentyabrın 24-də Bakı Olimpiya Stadionunda AFFA-nın təşkilatçılığı ilə 6-16 yaşlı qızlar arasında “Öz məqsədlərini yaşat” (“Live your goals”) festivalı təşkil olunacaq.

Kanal24 xəbər verir ki,AFFA-dan AZƏRATC-a bildirilib ki, FIFA-nın bayrağı altında təşkil olunan layihə ilk dəfə 2011-ci ildə Almaniyada keçirilən FIFA qadınlar arasında futbol üzrə dünya kuboku ərəfəsində reallaşıb. Layihənin məqsədi qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmalarına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın gücləndirilməsidir.

“Öz məqsədlərini yaşat” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə silsilə tədbirlər 2012-ci ildə 17 yaşadək qadınlar arasında dünya çempionatı ərəfəsində keçirilib. Həmin vaxt festival Bakı, Sumqayıt, Zaqatala, Quba, Şəki, Masallı, Qax, Xaçmaz, Qəbələ və digər şəhərlərdə müvəffəqiyyətlə keçirilib. Silsilə tədbirlərdə beynəlxalq futbol qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış qadın futbol veteranları da iştirak ediblər.


02:27 24.09.2017