KANAL24.AZ
Az Iw En Ru

Gözəllik salonunda baş yumaq İNSULTA səbəb ola bilər

Gözəllik salonunda saçların yuyulması üçün müştəri başını arxaya əyməlidir.

Bu hərəkət boyunun kəskin dartınmasına, boyun damarlarında qan dövranının pozulmasına, burada trombların əmələ gəlməsinə və nəhayət hətta həddindən artıq dartınmasına görə damarın yırtılmasına səbəb ola bilər.

Tibdə gözəllik salonuna gətdikdən bir neçə gün sonra insanlarda insultun inkişafı halları dəfələrlə qeydə alınıb və təsdiq olunub. Tibdə bu halın hətta özəl adı da var - "gözəllik salonu sindromu".

2014-cü ildə cavan və sağlam amerikalı Elizabet Smit gözəllik salonuna getdikdən bir neçə gün sonra insult keçirib. Uzun müddətli müalicə və reabilitasiyadan sonra ayağa qalxa bilən 2 uşaq anası gözəllik salonunu məhkəməyə verib və vəkilin köməyi ilə sübut edə bilib ki, onda insultun səbəbi məhz gözəllik salonunda saçların yuyulması olub.

ABŞ-da bir kişi də oxşar vəziyyətə düşüb və bərbərxananı məhkəməyə verib. Məhkəmənin qərarına görə, salon zərərçəkmişə 100 min dollar kompensasiya ödəməlidir.

Mütəxəssislərin fikrinə görə, dünyada bu hallara daha tez-tez rast gəlinir, lakin bir çox insanlar insultu gözəllik salonuna getməsi ilə əlaqələndirmir və bunun mümkün olduğunu bilmir. Bu səbəbdən insanda  gözəllik salonuna getdikdən bir müddət sonra insult baş verdikdə o, insultu digər səbəblərlə əlaqələndirir.

Mütəxəssislər gözəllik salonunda saçları mümkün qədər yumamağı, buna zəruri ehtiyac yarandıqda isə boyunun arxaya əyilməməsinə, dartınmamasına fikir verməyi tövsiyə edirlər. Bu xüsusilə yaşlı, ürək-damar sistemi xəstəlikləri olan insanlara aiddir.


00:44 24.09.2017