KANAL24.AZ
Az Iw En Ru

Kürd referendumu başladı - İlk səs Çindən gəldi

Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu rəsmən başlayıb.

Müstəqillik referendumuna ilk səs Çindən internet üzərindən həyata keçirilib.

Müstəqillik referendumu sentyabrın 25-də keçirilməlidir. Lakin Şimali İraq Kürd Muxtariyyətinin Ali Seçki və Referendum Şurasının nümayəndəsi Karvan Cəlal bəyan edib ki, xaricdə yaşayanlar referendumda elektron səs verə bilər.

Saat fərqi səbəbindən Çində elektron səsvermə prosedurasının başladığını bildirən Karvan Cəlal qeyd edib ki, müstəqillik referendumuna ilk səs verən seçici Çində yaşayan vətəndaş olub


22:11 23.09.2017