KANAL24.AZ
Az Iw En Ru

Yoqa insanı kompüterdən necə qoruya bilər- cəmi 10 dəqiqənizi ayırın

Şərq fəlsəfəsinin XXI əsrdə qədər gələn ən böyük möcüzələrindən olan yoqanın bir neçə növü var: Musiqi yoqası, ana təbiətdə yoqa, bitki və faydalı qidalar yoqası və s. Yəni, yoqa bildiyimiz kimi təkcə müəyyən sxematik hərəkətlərdən ibarət deyil. Onun xeyli növləri var, adicə ofis şəraitində də onlardan istifadə edə bilərik.
 
Bütün günü kompüter arxasında, ofis şəraitində işləyən insanlar əsasən faydalı qidalar, açıq hava və musiqi yoqasından faydalana bilərlər. 
 
Bundan ötrü isə, hər iki saatdan bir 10 dəqiqə zaman ayırmaq lazımdır: Bu vaxt kəsimini tapa bilsəniz, ondan sonra hərəkətlər bu ardıcıllıqla həyata keçməlidir: 
 
Telefonu özünüzdən uzaq tutun. Əgər masa üstündən uzaqlaşmaq imkanınız yoxdursa, onda faydalı qidalar yoqasına üstünlük verin. Bitkilərdən yararlanın. Çünki bitki çayları kompüterdən aldığımız radiasiyanı, şüanı azaldır. Qara çayı içmək xeyirlidir. Çünki o şüanı öldürür. Yaşıl çay  qara çaydan da faydalıdır. Amma kompüter qarşısında, masa arxasında yoqa hərəkətləri etməkdənsə, heç etməmək daha gərəkli olar. Çünki tam effektsiz olacaq.  Bu zaman adam yenə də kompüterin ötürdüyü psixoloji atmosferdə olacaq. Odur ki, 10 dəqiqəlik də olsa kompüterdən ayrılıb sakitliyə varmaq lazımdır.
 
 On dəqiqəlik zamanın içərisində mütləq musiqi  də olmalıdır. Çünki musiqi çox dərin terapevtik gücə malik bir məfhumdur. Muğam sözü çox mənalara yozulur. Amma əsas mənası “məqam” deməkdir. Muğam terapiyada çox kəşflərə imza atıb. Muğamı dinlətməklə insanın göstərdiyi reaksiyadan çıxış edərək güclü və zəif tərəflərini müəyyənləşdirir. 

22:07 23.09.2017