KANAL24.AZ
Az Iw En Ru

Dünyanın ən varlı qadını vəfat etdi - 44 milyard dollarlıq sərvət sahibsiz qaldı...

 L’Oreal Lilian Bettankur kosmetika  qrupunun yaradıcısının qızı, "Forbes" jurnalının versiyasına görə dünyanın ən varlı qadını 94 yaşında vəfat edib. 
 
Kütləvi informasiya vasitələri arasında Bettankurun ölümü haqqında ilk informasiyanı onun ailə üzvlərindən birinin sözlərinə istinadən AFP agentliyi yayıb. Bundan dərhal sonra baş direktor və direktorlar şurasının sədri L’Oreal Jan-Pol Aqon rəsmi bəyanat verib. Onun ölümünün səbəbi açıqlanmır. 
 
Bettankurun sərvətini "Forbes" 44,6 milyard dollar dəyərində qiymətləndirib, Bloomberg Billionairesin indeksinə görə isə 42,5 milyard dolları olan Bettankur dünya tarixinin ən varlı qadını hesab olunurdu. 
 
Bettankur  L’Oreal şirkətinin nəzarət paketini və vərəsəliyi 1957-ci ildə, atası Ejen Şyulle öləndə alıb.
1963-cü ildə şirkət  İlk kütləvi satışa ( İPO) çıxarılsa da, Bettankur majoritar paketi özündə saxlayırdı və öləndə L’Orealın 30% -dən çox aksiyası ona məxsus olub. 
 
2007-ci ildə onun yeganə qızı Fransuaza Bettankur- Meyers məhkəməyə müraciət edərək tələb edib ki, anasının özünü idarə edə bilmədiyi təsdiq edilsin, çünki anası bir dostuna 1 milyard avro bağışlayıb. 2011-ci ildə Bettankur üzərində qəyyumluğu onun qızına və iki nəvəsinə verib. Nəvələrindən biri –Jan –Viktor Mayers 2012-ci ildən şirkətin direktorlar şurasında Bettankurun yerini tutur.  
 
L’Oreal şirkəti 1909-cu ildə yaradılıb, kosmetika, ətirlər, saç və dərilər üçün vasitələrin istehsalı ilə məşğul olur, 30-dan çox brendi var, o cümlədən Lankome, Garnier, Vichu, Maybelline, Urban Desau, Yves Saint Laurent və Kiehls L’Orealın məhsulları 140-dan çox ölkədə satılır, onun 2016-cı ildə satışı 25,8 milyard avro təşkil edib.

06:17 23.09.2017