KANAL24.AZ
Az Iw En Ru

Ər tapa bilməyən 40 yaşlı qadın özüylə evləndi

İtaliyada 40 yaşında bir qadın öüylə nikah kəsdirərək "yalnız gəlin" adını qazanıb.
 
 
Bu qeyri-adi hadisə Şimali İtaliyanın Lissona qəsəbəsində baş verib. 
 
Belə ki, bir idman salonunda müəllimlik edən 40 yaşlı Laura Mesi evlənməyə bir kişi tapmayınca özüylə evlənməyi qərara alıb.
 
Cəmi 10 min avro xərcləyən Mesi gəlinlik geyinərək 70 dəvətli qarşısında bir dostuna nikahını kəsdirib.
Tək başına nikah şəkəri paylayan, tort kəsən, ziyafət verən Laura Mesi cəlbedici gəlinliyi və çiçəyi ilə diqqətləri çəkib.
 
Özüylə evlənən İtalyan qadın daha sonra yenə təkbaşına bal ayına çıxıb.
 
Mesi bu qeyri-adi nikah barəsində bunları deyib: "Bu yaşıma gəlmişəm, hələ də şahzadəmi tapmadım. Çarəsiz qaldıqda özümlə evlənmə qərarı aldım. Bunun üçün də bir toy etməli idim. Hər şeyi qanuni nikaha görə tərtib etdim. Rəfiqələrim belə oldu. İndi evlilik müəssəsində öz özümdən cavabdehəm və çox xoşbəxtəm".
 
 
 
 
 
 
 

06:06 23.09.2017