KANAL24.AZ
Az Iw En Ru

Həkimlər doğulan əkizlərin cinsini müəyyən edə bilmir

Həkimlər dünyaya gələn siam əkizlərin cinsini müəyyən edə bilməyiblər. Hindistanda 32 yaşlı qadının dünyaya gətirdiyi əkizlər hamının təəcübünə səbəb olub. Anadangəlmə bitişik doğulan körpələrin cinsiyyətini müəyyən etmək mümkün olmayıb. Heç vaxt UZİ olunmayan hamilə qadın ilk dəfə müayinə olunarkən ona əkiz uşaqlarının olacağı deyilib. Qadın isə bətnindəki uşağın tək olduğunu düşünüb. 
 
 Əkizlərini təbii yolla dünyaya gətirən qadın onları bitişik görəndə məyus olub. Həkimlər indi də onları bir-birindən ayırmaq üçün əməliyyat həyata keçirəcəklər. Əkizlərin sonra yaşayıb və yaşamaması hələ ki, sual altındadı. 
 
 
 
 
 

06:00 23.09.2017
Xəbər lenti
Bütün xəbərlər