KANAL24.AZ
Az Iw En Ru

"Timsahları mistik qüvvəylə idarə edirəm" - deyib gölə atıldı və... - DƏHŞƏT-VİDEO (+18)

Mistik qüvvələrə inanan və özlərindən başqa hər şeyə nəzarət edə bildiyinə inanan insanların sayı o qədər çoxdur ki, bir azdan oxuyacağınız hadisə sizə o qədər də qəribə gəlməyə bilər. Azğın fikirlərin və cəhalətdən doğan özünəinamın verdiyi cəsarət üzündən belə insanları günahlandırmalı və qınamalıyıq. Dünyanın bir çox bölgəsində müasir elmdən və reallıqdan uzaqda yaşayan cəmiyyətlər var. Bəşəriyyətin əsas vəzifə isə bu fikirlərin köklərini məhv etməkdir. Əks təqdirdə daha uzun müddət həyatda qalmaq təhlükəli olacaq.
 
Şamanim dünyadakı ilk mistik inanclardan biridir və başda Asiya cəmiyyətləri olmaq üzrə bir çox mədəniyyətdə oxşar inanclar yer alır. Şamanlara görə, ruhani varlıqların canlılara təsir etməsi mümkündür.
 
İndoneziyanın Kutai Kartanegara şəhərində yaşayan şaman Suprianto isə mistik gücü ilə vəhşi sürünənlərə, timsahlara nəzarət etdiyinə inanırdı. Bu inamın verdiyi cəsarətlə timsahların yaşadığı gölə düşmüş Arjuana adlı həmkəndlisini tapmaq üçün gölə tullanır. Suprianto gölə düşəndən sonra heç bir izi tapılmayan Arjuananın ardınca tullanmamışdan əvvəl dərin bir nəfəs alır və suya baş vurur. 
 
Başlanğıcda heç bir problem yaşanmır. Şaman suyun altında dua edir və Arjuananı axtarmağa başlayır. Ta ki bir timsah bu vəziyyətdən narahat olana qədər. Timsahın qəfil hücumuna məruz qalan Suprianto göz qırpımındaca timsahla bərabər yoxa çıxır. Axtardığı həmkəndlisi kimi timsahlara yem olur.  
 
Polis 16 sentyabrda baş verən hadisədən sonra hər iki qurbanın da cəsədini tapıb.
 
Bu hadisə həmin bölgədə iyul ayından bəri yaşanmış üçüncü timsah hücumudur ki, bir kahinin inancı ucbatından baş verib. Üstəlik iyul ayındakı ilk hücumda da yenə bir kahinin buna bənzər şəkildə mistik qüvvələrinə güvənib suya atılması səbəbindən baş verib.
 

 

 

05:57 23.09.2017