KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev voleybol matçında - FOTO

Qadın voleybolçular arasında Avropa çempionatının “A” qrupunda yer alan Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxır.

Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada Azərbaycan yığmasının start heyətində meydana Kseniya Pozdnyak, Odina Bayramova, Alyona Həsənova, Nataliya Məmmədova, Kristina Yaqubova, Polina Rəhimova və Valeriya Məmmədova çıxıblar.

Azərbaycanın və Macarıstanın dövlət himnlərinin səsləndirilməsindən sonra hakimin final fiti səslənib. 


03:42 23.09.2017