KANAL24.AZ
Az Iw En Ru

Şok kadrlar: güllələnən adam Facebook-da VİDEO paylaşdı - FOTO

Sən ölü qardaşı gözləyirsən! Hazırlaş, məni öldürə bilməzsən!

3 güllə yarası almış şəxs avtomobilinin sükanı arxasında mobil telefonunun kamerasına baxaraq belə deyib. O, görüntüləri Facebook-dakı profilində canlı yayım rejimində paylaşıb.

Kanal24 ABC-yə istinadən bildirir ki, ABŞ-ın Detroyt şəhərinin küçələrindən birində kafedən çıxan 32 yaşlı qaradərili Ceyson Mallavirə qəflətən iki nəfər hücum edib. Onlar sükan arxasında olan Mallavirə tapançalardan 3 dəfə atəş açıblar.

Ağır yaralanan, güllələrdən biri boğazına girən Mallavi qan içində olsa da, maşını hospitala tərəf sürüb.

Yolda o, smartfonu vasitəsilə Facebook-da canlı yayım da edib.

 

"Elə bilirdin məni öldürə bilərsən, qardaş! Yanılırsan! Sən ölüsən artıq! Bunu bil, qardaş!" - hospitala yönələn C.Mallavir deyib.


19:29 22.09.2017