KANAL24.AZ
Az Iw En Ru

Zakir Həsənov yeni avtomobil texnikası ilə tanış oldu – FOTO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov müasir tələblərə cavab verən, yeni avtomobil texnikası, eləcə də, avadanlıq və texniki vasitələrlə təchiz olunmuş səhra komanda məntəqəsi parkının açılışında iştirak edib.

Kanal24-ün Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə naziri avtomobillərin saxlanc, texniki xidmət, təmir məntəqələri və akkumulyator sexlərində yaradılan şəraitlə tanış olub, müvafiq tapşırıqlarını verib.

 


18:41 22.09.2017