KANAL24.AZ
Az Iw En Ru

18 yaşlı oğlan hamamda huşsuz vəziyyətdə tapıldı

Ağdam sakini hamamda huşsuz vəziyyətdə tapılıb.

Kanal24 apa-ya istinadən xəbər verir ki, rayonun Orta Qışlaq kənd sakini Hikmət Heydərov ailə üzvləri tərəfindən hamamda huşsuz vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə çağırılan təcili-tibbi yardım briqadası H.Heydərovu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanadan verilən xəbərə görə, H.Heydərovun vəziyyəti ağırdır.
 
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.


01:51 21.09.2017