KANAL24.AZ
Az Iw En Ru

Beynəlxalq Muğam Mərkəzində "İki qəlbin dastanı" musiqi gecesi keçirildi

Beynəlxalq Muğam Mərkəzində "İki qəlbin dastanı" adlı kamera musiqi gecesi təqdim edilib.

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi Üzeyir Hacıbəyli adına IX Beynəlxalq Musiqi festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində "Iki qəlbin dastanı" adlı kamera musiqisi gecəsi keçirilib.

Gecədə Səidə Tağızadə (piano), Əməkdar artist Aleksey Miltıx (cello) duet olaraq Azərbaycan və dünya bəstəkarlarının klassik və müasir əsərlərindən ibarət kompozisiyalarla çıxış ediblər. Robert Şuman- fantastik pyeslər, Sergey Raxmaninov- Violençel və fortepiano üçün sonata, Jorj Massne- düşüncə, Nazim Əliverdibəyov -Elegiya, Astor Piazolla- Grand Tango, Fərhad Bədəlbəyli- Şuşa əsərləri tamaşaçılara təqdim olunub.

Festival çərçivəsində musiqisevərlər musiqi zövqlərini kökləmək üçün Beynəlxlaq Muğam Mərkəzində cəmləşiblər. Tamaşaçılar hər ifanın sonunda gurultulu alqışlarla ifaçılara öz sevgilərini çatdırıblar.

 

Qeyd edək ki, festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində 20 sentyabr UNESCO- nun sülh artisti Eliso Bolkvadzenin (piano) ifasında fortepiano musiqi gecəsi, 21 sentyabr Beynəlxlaq muğam Mərkəzi və Mədəniyyət kanalının birgə hazırladığı "Sevgili canan" adlı layihə, 23 sentyabr tarixində Eldəniz Ələkbərzadənin (piano) ifasında fortepiano musiqi gecəsi keçiriləcək.

Biletləri şəhərin kassalarından, Azan Xidmət mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.


00:46 21.09.2017