Azərbaycan Seulda “Avrasiya Altay Mədəniyyətlərarası Qarşılaşma” adlı festivalda iştirak edir.
Tədbirdə Azərbaycan guşəsi təşkil edilib, milli geyim, suvenir, Azərbaycan tarixi, memarlığı, mətbəxi haqqında broşürlər nümayiş etdirilib.
Festivalın açılışında Azərbaycanın Cənubi Koreyadakı səfiri Rəmzi Teymurov çıxış edib.