KANAL24.AZ
Az Iw En Ru

Kəlbəcər sakini öz avtomobilinin altında qaldı

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə rayonun Bakı küçəsində qeydə alınıb.

Belə ki, şəhərdaxili mikroavtobusla "Mercedes" markalı minik avtomobili toqquşub. İdarəetmədən çıxan "Mercedes" markalı avtomobil yolun kənarında dayanan "VAZ-21011" markalı avtomobilə arxadan çırpılıb.

Həmin vaxt  öz avtomobilinin qabaq hissəsində dayanan "VAZ-21011" markalı avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini, 1956-cı il təvəllüdlü Arif Alı oğlu Niftaliyev öz avtomaşınının altında qalaraq, ağır bədən xəsarətləri alıb. 

Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılsa da, orada ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb.


20:03 20.09.2017
Xəbər lenti
Bütün xəbərlər