KANAL24.AZ
Az Iw En Ru

79 yaşlı qadın özünü kanala atdı - Yevlaxda intihar - YENİLƏNDİ

Qarabağ kanalında meyiti tapılan qadının kimliyi məlum olub. 

Qadın 1938-ci il təvəllüdlü Rəsulova Nərgiz Əli qızıdır.

N.Rəsulova Qoyunbinəsi kənd sakinidir. Onun ruhi xəstə olduğu bildirilir.

İlkin ehtimala görə, N. Rəsulova intihar edib.

******

Yuxarı Qarabağ kanalının Yevlax rayonunun Kolanı kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.
 
Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


19:49 20.09.2017
Xəbər lenti
Bütün xəbərlər