KANAL24.AZ
Az Iw En Ru

"Mariya" qasırğası ABŞ-a yaxınlaşır - Fövqəladə vəziyyət elan edildi

Karib hövzəsində yaranan "Mariya" qasırğasının gücü ən yükəsk dərəcə olan 5-ci səviyyəyə çatıb.

Sürəti saatda 260 km-ə çatan külək Dominikan Respublikasında ciddi dağıntılara yol açıb. Güclü külək baş nazir Ruzvelt Skeritin də evini uçurub. Hökumət başçısı isə xilas ola bilib.

Qasırğa ABŞ-ın Puerto-Riko və Vircin adaları istiqamətində irəliləyir. Bu adalarda fövqəladə vəziyyət elan edilib. Qeyd edək ki, iki həftə əvvəl həmin regionu təsiri altına alan "İrma" qasırğası 20-dən çox amerikalının ölümünə yol açıb. 


06:39 20.09.2017
Xəbər lenti
Bütün xəbərlər