KANAL24.AZ
Az Iw En Ru

Ən ölümcül 4 virus

"Lancet" tibb jurnalı bir qrup alimin insan həyatı üçün təhlükəli viruslarla bağlı hesabatını dərc edib. Kanal24 novator.az-ın məlumatına görə, məqalədə ən öldürücü virusun hepatit virusu olduğu vurğulanır.

Hesabat müəllifləri ildə 1 milyon 340 min insanın hepatit virusundan öldüyünü qeyd edirlər. Alimlərin fikrincə, onların ölümünə təkcə xəstəliyin özü deyil, onun törətdiyi qaraciyər sirrozu, xərçəngi və digər ağırlaşmalar da səbəb olub.
 
Hesabatda ikinci ölümcül virus kimi ildə 1 milyon 200 mindən çox insanın həyatına son qoyan vərəm, üçüncü yerdə isə hər il 1 milyondan çox adamın ölümünə səbəb olan HİV virusu göstərilir.
 
Ölümcül viruslar sıralamasında dördüncü yerdə hər il 719 min insanı ölümə aparan malyariya gəlir.
 
Həftədə bir dəfə çıxan "Lancet" jurnalı dünyanın ən nüfuzlu tibb nəşrlərindən sayılır, Londonda, Nyu-Yorkda və Pekində redaksiyaları var.


06:28 20.09.2017
Xəbər lenti
Bütün xəbərlər