KANAL24.AZ
Az Iw En Ru

Yevlaxda xadimələri daşıyan avtobus qəzaya uğrayıb

Yevlax şəhərində avtobus ilə minik maşını toqquşub.

Qəza Yevlax şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (MKTB) məxsus avtobusun "Mazda" markalı avtomobillə toqquşması nəticəsində qeydə alınıb.
Nəticədə "Mazda"nın 1984-cü il təvəllüdlü sürücüsü Fuad Zahid oğlu Rəhimov və avtobusun sürücüsü xəsarət alıb.
Hadisə zamanı avtobusda MKTB-də çalışan 10-a yaxın xadimə olub.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Hər iki yaralının vəziyyəti normaldır.


05:59 20.09.2017