KANAL24.AZ
Az Iw En Ru

İşığı əks etdirməyən qara planet tapıldı

 NASA-nın Habbl teleskopu  daha əvvəl kəşfi edilən bir xarici planetin demək olar ki, tamamilə qara olduğunu müəyyən edib.

 
Planet üzərinə düşən işığın 94 faizini sorur. Elm insanları bunun çox qeyri-adi bir hadisə olduğunu deyirlər.
 
Qalaktikadan kənarda yerləşən qara planet yerdən təxminən 1.400 işıq ili uzaqda yerləşir. WASP-12b adlandırılan planeti Yupiterin isti halı hesab etmək olar. Nəhəng ölçülərdəki planet ulduzuna inanılmaz dərəcədə yaxındır və demək olar ki, hamısı qazdan ibarətdir.
 
Planetdə gündüz temperaturun təxminən 2500 selsi dərəcə olduğu güman edilir. Gecələr də təxminən bunun yarısı qədər.
 
Kanadanın Makgil Universitetinin bir qrup elm insanı planetin yalnız 0.064-lük bir albedo və ya əks olunma meyli olduğunu kəşf edib. Bu bildiyimiz asfaltdan daha tünd rəngdir və 0.12-lik bir albedoya malik olan aydan iki dəfə az əks etdirir.
 
 
 
WASP-12b Auriga bürcü istiqamətində Günəşə bənzər ulduzunun ətrafında dolaşır. Planet əslində 2008-ci ildə kəşf edilib. O zamandan bəri dəfələrlə tədqiq edən planetin həqiqətdə nəyə bənzədiyi hələ elm tərəfindən yeni qavranılır.
 

04:58 20.09.2017
Xəbər lenti
Bütün xəbərlər