KANAL24.AZ
Az Iw En Ru

Qarğalar tərəfindən izlənildiyinizi bilirdinizmi?

Qarğalar - hamımızın tanıdığı, bildiyi qara quşlar. İndiyə qədər heç qarğalar tərəfindən təqib edildiyinizi düşünmüsünüzmü? Qarğalar tərəfindən izlənildiyiniz, hətta səsli olaraq hücuma məruz qaldığınız vaxtlar olubmu?
 
Keçirilən sorğu cəmiyyətin ən az yüzdə qırxının qarğalarla bağlı maraqlı bir xatirəsinin olduğunu göstərir. Əgər sizdə bu azlıq içərisindəsinizsə, Vaşinqton Meşə Resursları fakültəsinin apardığı bu tədqiqat çox diqqətinizi çəkəcək.
 Vaşinqton Universitetindən Con Marzluff və qrupu qarğalar üzərində dolaşan şəhər əfsanələrindən ruhlanaraq bir təcrübə aparmağa qərar veriblər. Bu təcrübədə Sietldən şəhərinin ətrafında ayrı-ayrı bölgələrdən tələ vasitəsi ilə 15 qarğa tutulub. Sonra maska geyinərək qəfəsdəki qarğaları hədələyici hərəkətlərlə qorxudublar.  Qarğaları bir müddət qorxudandan sonra, işarələyərək yenidən təbiətə buraxıblar. Sonra baş verənlər isə həqiqətən maraqlıdır.
 
Buraxılan qarğalar təhlükəsiz məsafəyə keçdikdən sonra onu buraxan tədqiqatçıya doğru yüksək tonda  qarıldamağa başlayıb. Bundan bir qədər sonra baş verən təcrübəyə şahid olmayan digər qarğalar da araşdırma işçisi ilə aralarında heç bir problem olmamasına baxmayaraq, yalnız digər qarğanın yönəltməsi ilə eyni adama qarıldayaraq hücum etməyə başlayıblar.
 
Bu, qarğaların məlum olmayan bir dildə ünsiyyət şəbəkəsi olduğunu sübut edir. Yəni tək bir qarğanın sözü bir məhəllə dolu qarğa sizə düşmən etməyə yetir. İşin pis tərəfi isə, hadisə hələ bununla bitmir, əksinə daha da qəribə hal alır.
 
Professor Marzluff və qrupu təcrübənin baş verməsindən sonrakı müəyyən fasilələrlə qarğaları qorxudarkən istifadə etdikləri maskaları taxaraq şəhərin müəyyən və bir-birindən aralı bölgələrində gəzirlər. Həmin şəxslər şəhərdə gəzərkən isə qarğalar tərəfindən izlənir. Hətta bəzi hallarda onların hücumuna da məruz qalırlar.
 
İşin əsas ilginc qismi isə təcrübə üzərindən 5 il keçməsinə baxmayaraq Sietlden şəhərindəki bəzi qarğalar bu maskayla gəzən şəxsləri gördükləri zaman diqqət kəsilərək izləyir və baxışları ilə, bəzən də səslə hücum etməkdə davam edirlər.
 
 
Bunun əslində normal insan üzündən fərqli görünən maskaya qarşı bir maraq ola biləcəyini düşündüklərindən təcrübə zamanı taxılan maskalardan başqa bir maska taxaraq yenidən şəhərin bəlli yerlərində gəzirlər. Bu zaman isə qarğaların güman ediləndən çox daha zəkalı və dərin yaddaşlı olduqları qeydə alınır. Çünki qarğalar fərqli maskaya qarşı hər hansı bir reaksiya vermir, ya da maraq göstərmirlər. Bu fərqli maskanı taxan şəxs bu dəfə heç bir izlənməyə və hücuma məruz qalmadan üzündə maska ilə rahat gəzə bilir.
 
Yəni sizi təqib etdiyini düşündüyünüz bir qarğa varsa, böyük ehtimalla həqiqətən də izlənilirsiniz! 
 
Bəlkə də keçmişdə bilərək, ya da bilməyərək bir qarğanı qorxutmusunuz və ya zərər vermisiniz. Ancaq qəmgin olmayın, bu hadisənin yaxşı tərəfi də var.
 
Belə ki, bir başqa araşdırmada isə bir qrup qarğaya yaxşı rəftar edilərək yemək veriləndə, qarğaların zamanla həmin şəxslərə qarşı mühafizəkar mövqe tutduğu müşahidə edilib.
 
4 həftə müddətinə müəyyən bir qarğa qrupunu bəsləyən təcrübəçilərdən biri açıq havada qəsdən başqa bir həmkarı ilə mübahisə edib. Bu zaman bəslədiyi qarğaların havada uçaraq adamın ətrafında qarıldayaraq onu müdafiə etməyə çalışdığı görülüb.
 
Yəni qarğalarla düşmən olmaqla yanaşı yaxşı dost da olmaq olar. 

04:00 20.09.2017
Xəbər lenti
Bütün xəbərlər