KANAL24.AZ
Az Iw En Ru

"Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəsarət almayıb”

"Gazelli" şirkətinə məxsus fabrikin ərazisində yanğın dəftərxana məhsulları - bröşurlar və kağız saxlanan anbarda baş verib".

Kanal24 xəbər verir ki,unu APA-ya "Gazelli Group" şirkətinin hüquqşünası Murad Əliyev deyib.

Şirkət nümayəndəsi bildirib ki, təxminən saat 15:00 radələrində anbar yanmağa başlayıb: "Birdən-birə tüstü qalxdığını gördük. Anbarda çoxlu kağız olduğu üçün alov qısa müddətdə bütün anbar ərazisinə yayıldı. Dərhal fabrikin bütün işçiləri təxliyə olundu. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edildi. Təxminən 1,5 saat ərzində yanğın tam söndürüldü".

M. Əliyev qeyd edib ki, yanğın nəticəsində heç kim xəsarət almayıb: "Yanğının baş vermə səbəbi araşdırılır. Bu barədə ictimaiyyətə məlumat veriləcək".


02:55 20.09.2017