KANAL24.AZ
Az Iw En Ru

Bakıda "Gazelli"nin zavodunda yanğın – VİDEO + YENİLƏNDİ

“Gazelli Group”da baş verən yanğın söndürülüb.

Kanal24 reporta-a istinadən xəbər verir ki, şirkətdən bildirib ki, təxminən 1 saat əvvəl şirkətə məxsus anbarların birində qısaqapanma baş verib. 

Yanğının qarşısı tez bir zamanda alınıb: “Nəticədə insanların səhhətinə və anbarda saxlanılan məhsullara ziyan dəyməsinin qarşısı alınıb. Yanğın nəticəsində insanların xəsarət alması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.”.

*****

Xəzər rayonunun Şüvəlan qəsəbəsində “Gazelli” kosmetika zavodunda yanğın başlayıb.

Kanal24 xəbər verir ki,hadisə şahidlərinin baku.ws-ə verdiyi məlumata görə, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. 

Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib. 

Hadisə ilə bağlı FHN-dən faktı təsdiq edərək bildiriblər ki, yanğın söndürən maşınlar artıq hadisə yerində işləyirlər. 

Qeyd edək ki, "Gazelli Group" MMC Azərbaycanda yeganə təbii bioloji komponentlər əsasında kosmetik məhsulları istehsal edən kompaniyadır.


00:17 20.09.2017
Xəbər lenti
Bütün xəbərlər