Ukrayna prezident administrasiyasının birinci mərtəbəsində nağd pul anbarı yerləşir.
Bu haqda, Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib.
“Prezident administrasiyasının birinci mərtəbəsində nağd pulun saxlanıldığı anbar yerləşir. Orada deputatların alınması üçün pul saxlanılır”, - Saakaşvili jurnalistlərə deyib.
Qeyd edək ki, Mixail Saakaşvili bu gün Kiyevə gəlib.