KANAL24.AZ
Az Iw En Ru

Meyxanaçılar toyda əlbəyaxa oldular - Masallıda

Masallının Boradigah kəndində keçirilən toy mərasimində meyxanaçılar arasında dava  düşüb.

Kanal24 qafqazinfo-ya istinadla xəbər verir ki, kənd sakini Hacı Etibarın oğlu Turalın toyuna gələn Rəşad Dağlı və Nicat Mənalı aralarındakı deyişmədən sonra əlbəyaxa olublar.

Davaya səbəb isə Nicatın Rəşad Dağlının açdığı qafiyəni saxlatdırmasıdır. Buna qəzəblənən Rəşad həmkarına hücum çəkib. Nəticədə toy da yarımçıq dayandırılıb.

Daha sonra Rəşad Dağlı və onunla birlikdə gələn Vüqar Biləcəri toyu tərk ediblər.

 


22:16 19.09.2017
Xəbər lenti
Bütün xəbərlər