KANAL24.AZ
Az Iw En Ru

Sombrerolu qətl: 3 nəfərin başları kəsildi - FOTO

27 yaşlı Xuan Salvador Patinyo Leon, 31 yaşlı Xorxe Luis Leon və 28 yaşlı Dennis Yasaret Morales Xuaresin başları bədənlərindən ayrılmış cəsədləri Meksikanın Verakrus ştatının inzibati mərkəzi Xalapa şəhərinin küçələrindən birində tapılıb.

İki qardaşın və onlardan böyüyünün - Luis Leonun sevgilisi olan qadının başlarını bədənlərindən ayırmış şəxslər cəsədlərin üzərinə sombrerolar qoymuşdular.

Bu üç şəxs sentyabrın 12-də itkin düşmüşdülər. Onların cəsədləri isə Meksikanın Müstəqillik Günündə aşkarlanıb.

Yerli sakinlərin dediklərinə görə, qardaşlar Verakrus ştatında fəaliyyət göstərən "Nautla" narkokartelinin mənsubları olublar.

Onların ataları Xorxe Patino reketir və muzdlu qatildi. Patinonun böyük oğlunu da oğurlayıb qətlə yetirmişdilər.

Ailənin digər üzvləri ABŞ-dakı həbsxanalardadır.

 Meksikadakı narkokartellər qurbanlarının başlarını kəsməyə 2006-cı ildə başlayıblar. Həmin il Miçoakan ştatındakı Uruapan şəhərindəki gecə klubunda başları bədənlərindən ayrılmış 5 cəsəd tapılmışdı.

Meksikalı ekspert-kriminalist Xorxe Çabanın dediyinə görə, ölkədəki narkokartellər qurbanlarının başlarını kəsməyə İŞİD-in edam videoları yayılandan sonra başlayıblar.

Narkokartellər bu minvalla rəqiblərində şok effekti yaratmağa çalışırlar.

Xalapa şəhərində başları kəsilmiş cəsədlərin üzərinə sombreroların qoyulmasına gəldikdə isə, polislər hesab edirlər ki, bu, ABŞ-ın Kaliforniya ştatının şimalında fəaliyyət göstərən "Nuestra Familia" kartelinin "vizit kartı"dır.


19:29 19.09.2017
Xəbər lenti
Bütün xəbərlər