KANAL24.AZ
Az Iw En Ru

Qazaxıstanda avtomobil dəvə ilə toqquşdu: 5 ölü

Qazaxıstanın Alma-Atı vilayətində “Range Rover” markalı avtomobilin dəvə ilə toqquşması nəticəsində 5 nəfər ölüb.

Bu barədə vilayət üzrə Daxili İşlər Departamentinin mətbuat xidməti məlumat yayıb.

Hadisə bu gecə “Qərbi Avropa-Qərbi Çin” yolunda baş verib. 43 yaşlı qadın tərəfindən idarə olunan avtomobil Aydarlı kəndi yaxınlığında dəvə ilə toqquşub. Baş verən qəza zamanı sürücü və 3 sərnişin hadisə yerində, daha bir nəfər isə xəstəxanada ölüb. Sahibinin hələlik müəyyənləşdirilmədiyi dəvə də hadisə yerində tələf olub. 


18:36 19.09.2017