KANAL24.AZ
Az Iw En Ru

Rusiyadan sərvət çıxarmaq istəyən azərbaycanlı saxlanıldı

Rusiyadan qanunsuz olaraq küllü miqdarda pul çıxartmaq istəyən azərbaycanlı tutulub.

Məlumata görə  o, Xantı-Mansiysk gömrük xidmətinin əməkdaşları tərəfindən Surqut hava limanından müntəzəm reys ilə Bakıya uçmaq istəyən zaman saxlanılıb.

Kişi "yaşıl dəhliz"dən istifadə edib ki, bu da onun üzərində bəyan ediləcək malın olmaması anlamına gəlib. Lakin gömrük işçiləri yoxlama apararaq onun yalanının üstünü açıblar: Azərbaycan əsilli şəxsin üzərində 115 min rubl və 10 min ABŞ dolları olub.

Qanun pozucusuna qarşı inzibati iş açılıb. Onu bəyan olunmamış böyük məbləğə görə inzibati cərimə gözləyir.


13:10 19.09.2017