KANAL24.AZ
Az Iw En Ru

Qənirə Paşayeva daha bir mükafat aldı - Foto

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva qardaş Türkiyənin İSTAD təşkilatı tərəfindən Türkiyə-Azərbaycan qardaşlığı və türk dünyasının birliyi üçün xidmətlərindən dolayı mükafatlandırılıb.

Mükafatı millət vəkilinə İSTAD-ın sədri Səfər Qaraqoyunlu təqdim edib. Mükafat üçün təşəkkürünü bildirən Q.Paşayeva bundan sonra da fəaliyyətində Türkiyə-Azərbaycan qardaşlığı və türk dünyasının birliyi üçün səylərini davam etdirəcəyini deyib.

İSTAD sədri Səfər Qaraqoyunlu və nümayəndə heyətinin üzvləri Azərbaycanı çox sevdiklərini, özlərini burada vətəndəki kimi hiss etdiklərini vurğulayıblar.


00:02 14.09.2017