KANAL24.AZ
Az Iw En Ru

Qadın ərinin əmisinin və dayısının yanında hicabsız gəzə bilərmi?

İslam qanunlarına görə qadın bütün məhrəm olmayan (naməhrəm) kişilərin yanında hicaba riayət etməlidir.

Kimin məhrəm, kimin naməhrəm olduğu şəriət kitablarında ətraflı şəkildə qeyd edilib.

Qadına öz əmisi və dayısı, eləcə də, öz atasının və anasının əmi-dayıları məhrəmdir. Nəsəb (qan qohumluğu) vasitəsilə yaranan məhrəmlikdə ata-ana xəttindən ayrılan xətlər də qüvvədədir. Yəni atanın və ananın qardaşları (əmi və dayı), baba-nənənin qardaşları qadına məhrəm sayılır. Amma izdivac (evlənmə) vasitəsilə yaranan məhrəmlikdə ayrılan xətlər qüvvədə deyil. Yəni qadına öz qaynatası məhrəm sayılır, amma qaynatanın qardaşı məhrəm deyil. Ona görə də qadın öz ərinin dayısının və əmisinin yanında hicaba riayət etməlidir.


05:00 13.09.2017
Xəbər lenti
Bütün xəbərlər