KANAL24.AZ
Az Iw En Ru

Millət vəkili “Qarabağ”a görə 4 saata yaxın növbədə qaldı

“Bu gün düz 3 saat 50 dəqiqə növbədə durduqdan sonra “Qarabağ” – “Roma” futbol oyununa bilet aldım.”

Bu barədə millət vəkili Aydın Mirzəzadə "Facebook" səhifəsində yazıb.

Millət vəkili bileti ASAN Xidmətin Yasamal filalının binasında yerləşən bilet kassasından əldə etdiyini qeyd edib.

“Növbə böyük idi, hətta xarici ölkə vətəndaşları da bilet alırdılar. Bilet satışını həyata keçirən firma işi daha yaxşı təşkil edə bilərdi. Yüzlərlə insana cəmi bir satıcı qız xidmət edirdi. İki dəfə printer xarab oldu, növbədəkilər birində 40 dəqiqə, ikincisində isə 20 dəqiqə onun düzəlməyini gözləməli oldular. Satıcı qıza xüsusi təşəkkür düşür, o, çox səbrlə işləyirdi və böyük növbəyə görə nahara getmədi”, - deyə deputat bildirib.


00:27 09.09.2017
Xəbər lenti
Bütün xəbərlər